RU

Mahir Emreli zədələndi - aylarla oynamayacaq

Almaniyada 2-ci Bundesliqasında "Kayzerslautern"in formasını geyinən Mahir Emreli klubunun evdə "Herta" ilə qarşılaşmasında zədələnib.

Day.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, futbolçunun zədəsi ciddidir və 3 ay yaşıl meydanlardan uzaq qalacaq. 

Qeyd edək ki, Emreli meydana 63-cü dəqiqədə, hesab açıldıqdan sonra daxil olub. Bu, Mahirin avqustun sonunda keçirilən üçüncü tur matçından bəri klubda ilk oyunu olub. O, 77-ci dədiqədə zədələndikdən sonra 78-ci dəqiqədə Riçmond Taçi ilə əvəzlənib.

 

Xatırladaq ki, "Kayzerslautern" hazırda 20 xalla 7-ci yerdədir. 

Избранный
28
9
day.az

10Источники