RU

ABŞ daha bir zəngin ölkəni ələ keçirəcək

ABŞ Prezidenti Donald Tramp Konqo Demokratik Respublikasında hərbi münaqişənin dayandırılmasına kömək etsə, amerikalılar Rubaya tantal layihəsinə birgə giriş əldə edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə "Blumberq" mənbələrə istinadən məlumat yayıb.

"ABŞ və Konqo Demokratik Respublikası hökumətləri mis, kobalt və litium da daxil olmaqla, mərkəzi Afrika ölkəsinin mineral ehtiyatlarına Amerika investisiyalarının artırılmasına dair razılaşmaya yaxınlaşır. Rubaya bu danışıqlarda nəzərdən keçirilən aktivlərdən biridir, çünki tantal elektronika, aerokosmik və müdafiə daxil olmaqla yüksək texnologiyalı sənayelərdə mühüm rol oynayır.

Bununla belə, istənilən razılaşma regionun mədən sənayesinə nəzarət edən, Ruanda tərəfindən dəstəklənən M23 üsyançılarının Rubayadan geri çəkilməsini tələb edəcək",- məlumatda deyilib. /Axar.az/

Избранный
12
2
turkustan.az

3Источники