RU

O, savaşı uduzsa, vəziyyət kökündən dəyişəcək Tusk

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Polşanın geosiyasi gələcəyi hazırda nikbin görünür, lakin hər şey Ukraynadakı müharibənin necə bitməsindən asılıdır.

Axar.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.

"Ukraynaya kömək etməyə diqqət yetirməliyik, çünki o, müharibəni uduzsa, Polşada vəziyyət kökündən pisə doğru dəyişəcək. Baxmayaraq ki, burada da optimistəm. Ukraynanın uduzması üçün heç bir obyektiv səbəb yoxdur", - o bildirib.

Polşanın baş naziri həmçinin Ukrayna ilə möhkəm və dostluq münasibətləri qurmağa çağırıb.

Bununla belə, o vurğulayıb ki, Varşava öz maraqlarını unutmamalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
sherg.az

1Источники