RU

Ucarda pambıqla dolu maşın aşdı - Foto

Ucarda yük maşını aşıb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib.

Yevlax rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Hüseynovun idarə etdiyi pambıqla yüklənmiş "KamAZ" markalı yük maşını hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Nəticədə yolun bir hissəsi qismən bağlanıb. Avtomobillərin sərbəst hərəkətində çətinlik yaranıb. Sürücünün dediyinə görə, hadisəyə maşındaki nasazlıq səbəb olub.

Избранный
36
21
ucnoqta.az

10Источники