BAKI, 11 noyabr. TELEQRAF
Astana və Moskvanı ortaq ənənəvi dəyərlər və xalqların rifahı naminə birgə fəaliyyət birləşdirir.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart TokayeV "Əbədi dostluq – xalqlarımız üçün bələdçi ulduz" adlı məqaləsindəbildirib.
"Xalqlarımız əsrlər boyu yan-yana yaşayıb, sevinci və çətinlikləri birgə bölüşüb, Avrasiyanın vahid mədəni məkanını formalaşdırıblar. Bizim ortaq dəyərlərə, bənzər baxışlara və qardaş xalqlarımızın rifahı üçün birgə səylərə əsaslanan münasibətlərimiz möhkəm təməl üzərində qurulub", - o qeyd edib.
Prezidentin sözlərinə görə, bu sarsılmaz əsas üzərində iki ölkə qarşılıqlı hörmət, tarixi və mədəni yaxınlıq prinsipləri əsasında çoxşaxəli əməkdaşlığı uğurla davam etdirir:
"Qazaxıstan və Rusiya müttəfiq və strateji tərəfdaş dövlətlərdir. Tarix özü bizim əbədi dostluğumuzu, bütün sahələrdə geniş əməkdaşlığı və humanitar əlaqələrin yaxınlığını müəyyən edib".