Aktyor Aytaç Şaşmaz ilə 4 illik münasibətini sonlandıran aktrisa Cemre Baysel şəxsi həyatıyla yenidən gündəmə gəlib.
Tribunainfo.az xəbər verir ki, bir müddət əvvəl reper Blok3 ilə görüntülənən Baysel bu dəfə pilot Cem Bölükbaşıyla şam yeməyində kameraların obyektivinə tuş gəlib.
Cütlüyün səmimi halı “yeni bir eşq başlayır?” sualını ortaya çıxarıb.
Sosial media istifadəçiləri “Cemre Baysel eşq həyatında sürəti artırıb” kimi şərhlər yazıb.