RU

Ərdoğan kafeyə getdi FOTO

ain.az, Metbuat portalına istinadən məlumat verir.

Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan Ankarada sıravi vətəndaşlarla görüşüb.

Metbuat.az xəbər verir ki, dövlət başçısı əvvəlcə AKP İdarə Heyətinin iclasında iştirak edib. Toplantı başa çatandan sonra o, qərargahın yaxınlığındakı kafelərdən birinə baş çəkib. Prezident sadə ankaralılarla görüşüb, onların qayğıları ilə maraqlanıb.

Söhbət əsnasında çoxlu sayda insan Ərdoğanla xatirə şəkli çəkdirib.

Prezident Ərdoğan azyaşlıları da unutmayıb. Ölkə rəhbəri uşaqlarla səmimi söhbət edib, onlara müxtəlif hədiyyələr bağışlayıb.

Türkiyə KİV-ləri Ərdoğanın vətəndaşlarla sürpriz görüşünə geniş yer ayırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
metbuat.az

2Источники