RU

ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib

ABŞ Senatı 10 noyabr tarixində federal hökumətin maliyyələşdirilməsini 30 yanvar 2026-cı ilə qədər davam etdirmək barədə qanun layihəsini təsdiqləyib...

APA xəbər verir ki, səsvermə C-SPAN kanalı vasitəsilə yayımlanıb.

Rekord həddə çatan ABŞ hökumətinin bağlanmasına son qoymağa kömək edəcək qanun layihəsini yuxarı palatanın 60 üzvü dəstəkləyib, 40 nəfər isə əleyhinə səs verib.

Beləliklə, qanun layihəsi təsdiqlənib və indi baxılması üçün Nümayəndələr Palatasına göndəriləcək.

Aşağı palata tərəfindən təsdiqlənəcəyi təqdirdə qanun layihəsi imzalanması üçün ABŞ Prezidenti Donald Trampa göndəriləcək.

Poliqon.info

Избранный
21
5
poliqon.info

4Источники