RU

Pokrovsk və Mirnoqrad uğrunda ağır döyüşlər davam edir

Kiyev, 11 noyabr, AZƏRTAC

Donetsk vilayətinin Pokrovsk və Mirnoqrad ərazilərində vəziyyət gərgin olaraq qalır. Ukrayna qüvvələri şəhərin bəzi ərazisinin cinahlarını ələ keçirmək üçün mübarizə aparır, Rusiya qüvvələri isə ərazidə irəliləməyə davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun (Institute for the Study of Wor) hesabatında məlumat verilib.

İnstitutun analitiklər yazır ki, Ukrayna bölmələri bu yaxınlarda Rodinskini (Pokrovskın şimalında) azad edərək, şimal cinahını ələ keçirməyə çalışıblar.

Bu arada Ukraynanın Müdafiə Qüvvələrinin döyüşçüləri Rusiya ordusunun cənub cinahdan daha da irəliləməsinin qarşısını almaq üçün eyni vaxtda Pokrovskda və onun qərb kənarında əks-hücum əməliyyatı keçirirlər.

Hesabatda deyilir: "Son günlərdə Pokrovskın şimalında və qərbində Rusiya qoşunlarının irəliləməsi yavaşlayıb. Bu, ehtimal ki, Ukrayna qüvvələrinin davam edən əks-hücum əməliyyatları ilə bağlıdır".

Lakin Rusiya qoşunları Pokrovskın şərqində və cənubunda irəliləməyə davam edir. “Bu, Rusiyanın şəhərdəki Ukrayna qüvvələrini mühasirəyə almaq və nəticədə Müdafiə Qüvvələrini daha da geri çəkilməyə məcbur etmək səylərini göstərir”,-deyə hesabatda bildirilir.

Ehtimal olunur ki, Rusiya atəş nəzarətini saxlayırlar və bu da Ukrayna logistikasını çətinləşdirir.

Müharibə Tədqiqatları İnstitutu xatırladır ki, noyabrın 10-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Mirnoqrad şəhərinə logistikanın mürəkkəb olduğunu, lakin həyata keçirildiyini bildirib. Rusiyanın Ukrayna Müdafiə Qüvvələrinin logistika marşrutlarına və ya şəhərin əməliyyat mühasirəsinə tam atəş nəzarəti barədə məlumat yalandır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Избранный
32
2
azertag.az

3Источники