Olivye Jiru yenidən Fransa millisinə dəvət edilə bilər.
Sportinfo.az xəbər verir ki, Didye Deşamın 39 yaşlı forvardı Azərbaycan və Ukrayna ilə oyunlar üçün yığma komandaya dəvət edəcəyi gözlənilir.
"Lill"in futbolçusu buna hazırdır və bu gün millinin düşərgəsinə qoşulacağı ehtimal edilir.
Buna səbəb isə Fransa yığmasında hücumçuların zədələnməsidir.
Fransa millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də Ukrayna, 16-da isə Azərbaycan yığması ilə üz-üzə gələcək.
Kolo Muani və Markus Türam zədəli olduqları üçün heyətdən kənarlaşıdırılıb.