RU

Şotlandiyada mağaza bir ildə 100 dəfədən çox qarət olunub

Şotlandiyanın Qlazqo şəhərində yerləşən bir mağaza açıldığı vaxtdan bəri yüz dəfədən çox qarətə məruz qalıb. AzPost Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə “News Plus” mağazasının sahibi Məhəmməd Şeyx məlumat verib.

Onun sözlərinə görə, mağaza ötən ilin noyabr ayında fəaliyyətə başlayandan bəri demək olar ki, hər gün oğruların hədəfinə çevrilib. “Qarətçilər təkcə malları oğurlamır, həm də işçilərə hücum edirlər. Bütün bu hadisələr videomüşahidə kameralarına düşüb”, – deyə o bildirib.

Məhəmməd Şeyxin sözlərinə görə, tez-tez baş verən bu qarətlər nəticəsində mağaza təxminən 25 min dollar zərər görüb. O, həmçinin vurğulayıb ki, bir ilə yaxın müddət ərzində baş verən bu hadisələrlə bağlı hələ heç kəs məsuliyyətə cəlb edilməyib.

Mağaza sahibi hüquq-mühafizə orqanlarından vəziyyətə ciddi reaksiya vermələrini və bu kimi halların qarşısının alınması üçün əlavə tədbirlər görülməsini tələb edib.

AzPost.az

Избранный
68
1
azpost.info

2Источники