Hələ 2022-ci ildə Rusiyanın “Moskovski Komsomolets” nəşri yazırdı ki, Hindistan silah alışında, deyəsən Rusiyadan uzaqlaşmaq istəyir, daha dəqiq desək, bu məsələ ilə bağlı daha Moskvaya az güvənəcək”.
Nəşrin sonrakı məlumatında isə deyilir ki, Hindistan silahların təxminən 70 faizini idxal edir ki, bunun da təxminən 60 faizi Rusiya Federasiyasının payına düşür.
Daha dəqiq, Hindistanın Ukraynadakı vəziyyətlə bağlı Rusiya ilə silah məsələlərində əməkdaşlığı davam etdirməkdən çəkindiyi aydın görünürdü.
Amma araya düşən bir neçə günlük Pakistan- Hindistan qarşıdurması Hindistanı yenidən Rusiyanın qapısına atdı. Ötən il Rusiyadan 24 “İqla-S” insan daşına bilən zenit-raket kompleksinin və 100 raketin ilk partiyasını alan Hindistan bu ilin may ayında T-72 tankları üçün mühərriklərin alınmasına 248 milyon dollar xərclədiyini açıqladı.Ötən ay isə Rusiyadan beş əlavə “S-400” zenit-raket kompleksi almaq üç ün danışıqlara başlayıb.
Qısası, Hindistan Rusiyadan daha sərfəli partnyor axtarsa da, hələ də tapa bilməyib və onun silah arsenalı ancaq Rusiya istaehsalı olan hərbi texnikalara möhtac qalacaq.
Amma görünən odur ki, Rusiyanın arxalandığı, ən sadiq dostlarından biri – dünyanın ikinci ən böyük ordusuna, dördüncü ən böyük hərbi hava qüvvələrinə və yeddinci ən böyük dəniz donanmasına sahib olan Hindistan hələ də Rusiyadan qurtulmaq yolunda baş “sındırır”.
Beləki, Hindistanın iki dövlət neft emalı zavodu – “Hindustan Petroleum Corporation Ltd” və “Mangalore Refinery and Petrochemicals Ltd” ABŞ və Yaxın Şərqdən 5 milyon barrel xam neft alıb.
Məlumatı artıq Rusiya mediası da manşetə çıxarıb.Mənbələr bildirib ki, “Hindustan Petroleum Corporation Ltd” yanvar ayında tədarük üçün həm ABŞ-dan “Texas”, həm də Əbu Dabidən “Murban” xam neftindən 2 milyon barrel alıb.
Nəşr iddia edir ki, neft emalı zavodları Rusiya tədarüklərinə çoxdan alternativ axtarır: “Hər iki şirkət sanksiya riskləri səbəbindən Rusiya neftinin alışını dayandırıb”.
Ola bilər ki, Hindistan dövlət mənafeyini qorumaq, güvənli partnyorlar tapmaq üçün bəzən “mərkəzdən qaçmalar” etsin, amma Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putindən əqidədaş olaraq qopa bilməz. Çünki hər ikisini eyni əqidə yaxınlaşdırıb, möhkəm birləşdirib. Putinin türkə, Modinin müsəlmanlara olan genetik nifrəti, yumuşalmayan ədavəti…
Rusiyanın hazırkı siması olan Putinin türk xalqlarına qarşı nifrəti haqqında məlumatlısınız. Xatırladaq ki, müsəlman Pakistanından başqa öz ölkəsinin müsəlmanlarına nifrət edən Modi seçki çıxışı zamanı ölkə müsəlmanlarını “təxribatçı” adlandırmışdı. Bu da 200 milyondan çox müsəlmanın həyatını riskə atdı. Hindistanda hazırda müsəlmanlara qarşı geniş qırğın kampaniyaları gizli şəkildə həyata keçirilir .
Əntiqə Rəşid