RU

Prokurorluqdan şok iddia: İnyesta dələduzluq edib?

“Barselona” və İspaniya yığmasının sabiq futbolçusu Andres İnyesta Peru prokurorluğu tərəfindən ağırlaşdırıcı hallarla bağlı dələduzluqda şübhəli bilinir.

Publika.az xəbər verir ki, bu barədə “El Español” məlumat yayıb.

Prokurorluq İnyestanı maliyyə dələduzluğunda iştirakda şübhəli hesab edir. Bildirilir ki, bu dələduzluq nəticəsində bir neçə yerli sahibkara 518 min avrodan çox zərər dəyib. Sahibkarlar, İnyestanı həmkarı olduğu “Never Say Never Barcelona” şirkətini və onun Latın Amerikadakı törəmə şirkətini müxtəlif idman və mədəni tədbirlərin təşkilində müqavilə öhdəliklərini yerinə yetirməməkdə ittiham edirlər.

Избранный
28
publika.az

1Источники