RU

Suriya Prezidenti Əhməd əş-Şaraa 11 sentyabr hadisələrində iştirak edib?

Suriya keçid dövrünün Prezidenti Əhməd əş-Şaraa bəyan edib ki, 2001-ci il 11 sentyabr hadisələrində iştirak etməyib. Prezident özü bunu "Fox News" telekanalına müsahibəsində bildirib.

 

Əş-Şaraanın sözlərinə görə, o zaman hələ onun bölgəsində "Əl-Qaidə" qruplaşması yox idi. Üstəlik, o, hər hansı bir qərar qəbul etmək üçün çox gənc idi.

 

"Mənim cəmi 19 yaşım var idi, çox gənc idim və o zaman qərar qəbul etmək səlahiyyətim yox idi. Mənim bununla heç bir əlaqəm yoxdur. O vaxt mənim bölgəmdə "Əl-Qaidə" belə yox idi", - deyə Əhməd əş-Şaraa vurğulayıb.

 

Suriya prezidenti qeyd edib ki, "Əl-Qaidə" ilə əlaqələri artıq keçmişdə qalıb.

 

Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də terrorçular tərəfindən qaçırılmış iki "Boeing 767" təyyarəsi Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpılıb. Nəticədə təqribən 3000 insan həlak olub. Hadisənin "Əl-Qaidə" qruplaşması tərəfindən törədildiyi bildirilir.

 

Əhməd əş-Şaraa bu il noyabrın 9-da Vaşinqtona səfər edib, noyabrın 10-da ABŞ Prezidenti Donald Trampla görüşüb. Görüşün yekunlarına əsasən, tərəflər terrorizmə qarşı birgə mübarizə barədə razılığa gəliblər.

 

Oxu.az

Tarix: 11 Noyabr 2025, 12:21   
Избранный
36
3
pravda.az

5Источники