RU

Albalı dadı filminin baş rol ifaçısı vəfat edib

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranlı tanınmış aktyor Homayun Ərşadi 78 yaşında vəfat edib.

APA yerli mediaya istinadən xəbər verir ki, bu barədə aktyorun ailəsi məlumat yayıb.

Məlumata görə, Ərşadi xərçəng xəstəliyindən dünyasını dəyişib.

1947-ci ildə İsfahanda anadan olan Homayun Ərşadi “Albalı dadı”, “Beşinci reaksiya”, “Çərpələng uçurtmaçısı” və “Başqa yerdə” kimi məşhur filmlərdə rol alıb.

Onun baş rolunu ifa etdiyi “Albalı dadı” filmi 1997-ci ildə Kann Film Festivalında “Qızıl Palma Budağı” mükafatına layiq görülüb.

Homayun Ərşadi Venesiya Film Festivalında aktyorluq kateqoriyasında “Mavi silsilə” Fondunun mükafatını qazanıb, həmçinin İran və ABŞ-da bir neçə film mükafatına namizəd göstərilib.

O, bir müddət İtaliyada yaşayaraq memarlıq təhsili alıb, 11 ildən sonra İrana qayıdıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
9
cebheinfo.az

10Источники