RU

Naxçıvan Duzdağ Müalicə Mərkəzi də ləğv edilib? AÇIQLAMA

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Naxçıvan Duz Muzeyi ləğv edilib. Muzeyin ləğv edilmə səbəbi məlum deyil. 

Modern.az-ın məlumatına görə, sosial şəbəkələrdə Duzdağ Müalicə Mərkəzinin də ləğvi barədə iddialar yayılıb.

Ancaq Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasından saytımıza verilən açıqlamada bildirilir ki, Duzdağ Müalicə Mərkəzi Duz Muzeyindən fərqli qurumdur və öz fəaliyyətini tam şəkildə davam etdirir.

"Paylaşılan fotoşəkillər səhvən mərkəzimizə aid olduğu üçün bəzi oxucular tərəfindən mərkəzin də fəaliyyətini dayandırdığı kimi anlaşılıb.

Qeyd edirik ki, Duzdağ Müalicə Mərkəzi hal-hazırda fəaliyyətini genişləndirir, müasir tibbi xidmətlərin tətbiqi, yeni müalicə proqramlarının yaradılması və qonaqlar üçün rahat infrastrukturun təmin olunması istiqamətində ardıcıl işlər həyata keçirilir. Mərkəz həm yerli, həm də xarici qonaqlar üçün unikal təbii şəfa mühiti təqdim etməklə, regionun aparıcı sağlamlıq və turizm məkanlarından biri kimi fəaliyyət göstərir", - açıqlamada qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Naxçıvan Duz İstehsalı" MMC-də istehsal və qablaşdırma dayandırılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
2
modern.az

2Источники