RU

Sərxoş vəziyyətdə sərnişin daşıyan sürücü HƏBS EDİLDİ

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən profilaktik tədbirlər  zamanı sərxoş vəziyyətdə mikroavtobus idarə edən M.Əmirov saxlanılıb.
 
Moderator.az-ın məlumatına görə, araşdırmalar zamanı onun nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq kateqoriyasının olmadığı da müəyyən edilib. 
 
Sürücü barəsində  qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
 
Məhkəmənin qərarı ilə M.Əmirov 30 sutka inzibati qaydada həbs edilib.
Избранный
34
20
moderator.az

10Источники