RU

Çaxoyan: “İnsan nə qədər əclaf olmalıdır ki…”

Ermənistan  baş nazir aparatının rəhbərinin müavini Taron Çaxoyan uzun zamandır Azərbaycanla müharibənin dini zəmində baş verdiyi barədə iddiaları təkzib edib.

Tribunainfo.az xəbər verir ki, o, hətta bu fikirləri yayanları “əclaf” adlandırıb.

Çaxoyan bildirib ki, bununla bağlı təbliğat aparanlar ən böyük zərbəni Ermənistana vurur: “İnsan gərək nə qədər əclaf olsun ki, ABŞ-a gedib 44 günlük müharibəni din amil kimi təqdim etsin. Onlar başa düşmürdülər ki, qarabağlılar öz vətənlərində yaşamaq, sağ qalmaq üçün mübarizə aparırdılar? Bilmirdilər ki, bu, dini mübarizə, dini müharibə deyildi?”

Fərda Uğur

Избранный
9
1
tribunainfo.az

2Источники