RU

Zelenskinin müsahibəsi zamanı işıqlar söndü - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Britaniyanın “The Guardian” nəşrinin jurnalisti Lyuk Hardinq arasında müsahibə zamanı elektrik enerjisi kəsilib.

"Cebheinfo.az" xəbər verir ki, müsahibə Kiyevdəki Mariinski sarayında keçirilib.

“Belə... Bu, həyatdır”, - deyə Ukrayna lideri şərh edib.

Jurnalist elektrik kəsilməsi səbəbindən müsahibəni sinxron tərcümə olmadan davam etdirməyi təklif edib, Zelenski bununla razılaşıb. Qısa müddətdə elektrik enerjisi bərpa olunub.

"Cebheinfo.az"

Избранный
18
1
cebheinfo.az

2Источники