İspaniya Futbol Federasiyası Lamin Yamalla bağlı açıqlama yayıb.

Offsideplus.az xəbər verir ki, Federasiya "Barselona"nın gənc ulduzuna onlardan xəbərsiz müalicə edildiyindən agah olub.

Onlar bu məlumatı gənc futbolçu komandaya qoşulandan sonra öyrənib.

Bu müalicəyə görə, Yamal 7-10 gün istirahət etməlidir.

Buna görə də 18 yaşlı vinger heyətdən çıxarılıb.

O, Gürcüstan və Türkiyə ilə oyunlarda iştirak etməyəcək.