RU

Bakıda müəllim tələbədən ətir istədi, işdən çıxarıldı Məhkəmə işi

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıda müəllim İlhamiyyə Mehdiyeva tələbədən istifadə etdiyi ətirdən onun üçün almasını istəyib və işdən çıxarılıb. Qadın müəllim bununla bağlı məhkəməyə müraciət edib.

Qaynarinfo xəbər verir ki, hadisə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş verib.

İlhamiyyə Mehdiyeva Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən işinə xitam verildiyi üçün məhkəməyə müraciət edib. O, iddia edir ki, direktor Fizuli Talıbov tərəfindən şəxsi intriqalar səbəbindən əsassız təzyiqlərə məruz qalıb və Həmkarlar İttifaqı Komitəsinin iclasında rüşvətxor adlandırılıb. Müəllimə 10.000 manat mənəvi zərər və işinə bərpa edilməsini tələb edib.

Direktor Fizuli Talıbov isə bildirib ki, müəllim dəfələrlə xəbərdarlıq və intizam tənbehlərinə baxmayaraq, müəssisəyə ziyan vuran hərəkətlərə yol verdiyi üçün işdən azad olunması əsaslı qərar olub və iddianın rədd edilməsini xahiş edib.

Məhkəmədə müəllimənin rüşvət istədiyi tələbələr də iştirak edib. D.F. adlı tələbə iddia edib ki, dəfələrlə həmkarlarından İlhamiyyə müəllim üçün pul yığıb. Bir dəfə onda olan ətri İlhamiyyə xanım görüb və onun üçün də həmin ətirdən almasını istəyib. Ətir bahalı olduğu üçün 5 manatlıq "probniklərini" alıb, lakin müəllim onu qəbul etməyib. Ondan pul tələb edilməsi ilə bağlı məktəbin hərbi rəhbər müəllimi Elşənə müraciət edib.

Digər tələbələr də oxşar hallardan söz açıblar.

Məhkəmə nəticəsində İlhamiyyə Mehdiyevanın tələbləri əsassız hesab olunub və təmin edilməyib.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
46
6
qaynarinfo.az

7Источники