RU

Rəşad Dağlı həbsdən çıxıb? - Müzakirə yaradan VİDEO

Qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay azadlıqdan məhrum edilən meyxanaçı Rəşad Dağlının guya həbsdən çıxması ilə bağlı sosial şəbəkələrdə video görüntülər paylaşılıb.

Paylaşım şəbəkə istifadəçiləri arasında çaşqınlıq yaradıb.

Rəylərdən xeyli sayda inandığı görünür. Ancaq sonradan bəlli olub ki, bu köhnə videodur, məlumat tamamilə yalandır. 

Rəşad Əmirov hazırda Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsindədir.

Qeyd edək ki, o, 2022-ci ilin 9 noyabr tarixində şəxsi mübahisə zəminində Bakının Qaradağ rayonunda qonşusu İskəndər Mehtiyevi ürəyindən 14 bıçaq zərbəsi ilə qətlə yetirmişdi.  /axar.az

 



Избранный
8
1
7news.az

2Источники