RU

Paşinyanın deputatı delimitasiyadan DANIŞDI KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

Ermənistan və Azərbaycan arasında anklav məsələsi delimitasiya başa çatdıqdan sonra müzakirə olunacaq. Mümkün ərazi mübadiləsi isə yalnız referendumdan sonra baş tutacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri və hakim fraksiyanın üzvü Sarqis Xandanyan deyib.

“Əgər hər hansı bir ssenaridə Ermənistan və Azərbaycanın ərazi mübadiləsi aparmalı olduğu aydınlaşsa, bu məsələ Ermənistan qanunvericiliyinə görə tənzimlənəcək. Yəni referendum olmadan həll edilə bilməz. Anklav məsələsi hazırda mövcuddur, lakin bu, delimitasiya çərçivəsində həll edilməlidir. Delimitasiya və demarkasiya işləri başa çatdıqdan sonra İrəvan və Bakı anklav məsələsinin necə həll ediləcəyinə qərar verəcək”, – deyə Xandanyan vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
35
1
konkret.az

2Источники