Ukrayna və Britaniya casusları Rusiya pilotlarına 3 milyon dollar təklif edərək "Kinzhal" raketi ilə silahlanmış “MiQ-31” təyyarəsini oğurlamağa çalışıblar.
Publika.az xəbər verir ki, bu bardə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bəyanat yayıb.
Bildirilir ki, Ukrayna və Böyük Britaniya qaçırılan təyyarədən istifadə edərək genişmiqyaslı təxribat planlaşdırır və Ukrayna hərbi kəşfiyyatı qırıcı təyyarəni oğurlamaq üçün rus pilotlarını cəlb etməyə çalışır.
"Ukrayna və Britaniya kəşfiyyat xidmətlərinə qarşı tədbirlər görülüb", - deyə FSB qeyd edib.
Rusiya dövlət televiziyası həmçinin hər iki ölkənin kəşfiyyat xidmətlərində çalışan şəxsin fotolarını və mesajlarını paylaşıb. Bildirilib ki, ona vətəndaşlıq və "MİQ" təyyarəsini Avropaya qaçırmaq üçün 3 milyon dollar təklif edilib.