ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Leroy Sane ''Qalatasaray''a transfer olunduğu vaxtdan bu yana ilk dəfə Almaniya yığmasına dəvət alıb. "Football-plus.az" xəbər verir ki, ulduz futbolçu sentyabr və oktyabr aylarındakı matçlarda bundestimdən kənar qalmışdı. Həmin vaxt baş məşqçi Yulian Naqelsmann Sanenin performansından narazı qaldığını gizlətməmişdi. Təcrübəli vinger həqiqətən də İstanbulda keçirdiyi ilk aylarda ondan gözləniləni vermirdi. Amma adaptasiya dönəmini geridə qoyduqdan sonra, sonuncu yığma fasiləsindən bu yana Sane üzərində çalışaraq daha faydalı oynamağa başladı. Almaniyanı qarşıda DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Lüksemburq və Slovakiya ilə oyunlar gözləyir. Naqelsmann son aylarda ilk dəfə yığmaya çağırdığı Sane haqda yeni açıqlamalar verərək bunları deyib:
''Leroy hələ də istədiyim göstəriciləri yaxalamayıb. Ancaq durum onun profili ilə bağlıdı. Bu cür profilli daha 6-7 futbolçumuz olsaydı, Sanenin yığmaya dəvət alması çox çətin olardı. Onunla bu günlərdə çox yaxşı və faydalı müzakirələr apardıq. Ondan nə istədiyimi gözəl bilir. Burda özünü sübut etmək və göstərmək üçün fürsəti o qədər də çox olmayacaq. Bunu açıq şəkildə ona bildirdim. Leroy meydanda hər şeyi bacara bilən futbolçudu. Əlindən gələnin ən yaxşısını etməlidi. Onun profilindəki bir futbolçuda olmalı olan özəlliklərin hamısına sahibdi. Məhz buna görə ona daha bir şans verdim. Həm Çempionlar Liqasında, həm də Türkiyə çempionatında performansını artırıb. Amma yenə də bundan da yaxşı oyun sərgiləməyə çalışmalıdı''.
29 yaşlı futbolçu indiyə qədər ''Qalatasaray''da 15 rəsmi oyunda aktivinə 3 qol, 3 məhsuldar ötürmə yazıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.