RU

Əliyev xüsusi vurğuladı: Ərdoğan müharibə zamanı onları belə “zərərsizləşdirib”

Prezident İlham Əliyevin Zəfər Paradında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla bağlı səsləndirdiyi fikirlər böyük maraqla qarşılandı. Dövlət başçısı Türkiyə prezidentinin İkinci Qarabağ müharibəsinin ilk günlərindən etibarən Azərbaycanı qətiyyətlə dəstəklədiyini vurğuladı.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günlərindən etibarən Azərbaycana, Azərbaycan xalqına və Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. Onun siyasi və mənəvi dəstəyi bizə güc verirdi, bizi ruhlandırırdı”, – Azərbaycan Prezidenti bildirib.

İlham Əliyevin bu çıxışı qardaş dəstəyinin sarsılmazlığının ifadəsi olmaqla yanaşı, eyni zamanda beynəlxalq siyasi arenaya da mesaj kimi dəyərləndirilir.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Prezident İlham Əliyev çıxışında bir sıra önəmli məsələlərə toxunub:

“O cümlədən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vətən müharibəsində Azərbaycana verdiyi siyasi dəstəyi xüsusi olaraq vurğuladı. Müharibə zamanı Bakıya ciddi təzyiqlər göstərilirdi, xüsusilə Fransa Ermənistanı dəstəkləyir və işğalçının maraqlarına uyğun olaraq BMT Təhlükəsizlik Şurası vasitəsilə müharibəni dayandırmağa çalışırdı. Hətta bəzi Qərb ölkələri də İrəvanı dəstəkləyirdi. Belə bir şəraitdə Prezident Ərdoğanın açıq və konkret bəyanatları üçüncü qüvvələrin prosesə müdaxiləsinin qarşısını almağa və neytrallaşdırmağa imkan verdi.

Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri hazırda ən yüksək səviyyəyə çatıb. Bu, təsadüfi deyil. İki ölkə arasında qardaşlıq əlaqələrinin tarixdə ən yüksək səviyyəyə çatması məhz Prezident İlham Əliyev və Prezident Ərdoğanın fəaliyyəti nəticəsində mümkün olub. Şuşa Bəyannaməsinin imzalanması sıradan bir hadisə deyil; bu, uzaq perspektivə hesablanmış strateji addımdır. Bu gün Azərbaycan-Türkiyə, eləcə də Azərbaycan-Türkiyə-Pakistan ittifaqı ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirir”.

Избранный
5
1
konkret.az

2Источники