Filippində son günlər baş verən 2 güclü qasırğa nəticəsində ölənlərin sayı 250-yə yüksəlib.
"Unikal" xəbər verir ki, noyabrın 9-da Luzon adasına çatan “Funq-vonq” super tayfunun törətdiyi fəsadlar, o cümlədən torpaq sürüşmələri və palçıq axını nəticəsində ölənlərin sayı 18-ə qalxıb, 30-a yaxın sakin xəsarət alıb, itkin düşənlər var. İlin 21-ci tayfunu olan “Funq-vonq”un küləyinin sürəti saatda 230 kilometrə çatıb.
Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması və axtarış-xilasetmə işləri aparılır. Noyabrın 4-də Filippinin Sebu əyalətinə çatan “Kalmaegi” qasırğası isə 231 nəfərin ölümünə səbəb olub, 112 nəfərin itkin düşüb. Qasırğa sel və daşqına, torpaq sürüşmələrinə səbəb olub.