Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda davam edən VI İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək qadın həndbolçulardan ibarət millimizin yekun heyəti müəyyənləşib.
Rekord.az xəbər verir ki, baş məşqçi Aleksandr Revvanın rəhbərlik etdiyi komandanın tərkibində Alyona Barbakadze, Azaliya Həsənova, Dinara Süleymanova, Elnarə İbrahimova, Günel Əliyeva, İranə Şükürova, İrina Mixalkoviç, Kamilə Bayramova, Lyubov Rəsulova, Marta Abbasova, Mehparə Əliyeva, Rəna Həsənova, Sabina Smaqina, Səkinə Musayeva, Ülviyyə Şərifova və Yelizaveta Səlimova yer alıblar.
Qeyd edək ki, noyabrın 13-21-də keçiriləcək yarışlarda yığma B qrupunda Qazaxıstan, Özbəkistan və Qətər komandaları ilə mübarizə aparacaq.