RU

Yer kürəsində maqnit qasırğaları gözlənilir

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiya Laboratoriyasının məlumatına görə, noyabrın 11-də Yer kürəsində G2 səviyyəsinə qədər maqnit qasırğaları gözlənilir. Laboratoriyanın Telegram kanalında bildirilib ki, G3-G4 səviyyəli güclü maqnit qasırğalarının zirvəsi noyabrın 12-də ola bilər.

Doğru.az xəbər verir ki, alimlər həmçinin ən yüksək miqyaslı günəş alovları da daxil olmaqla təkrarlanan güclü plazma atışları riskləri barədə xəbərdarlıq edirlər. Bundan əvvəl Günəşdən yeni plazma atışının 1200 km/s sürətlə Yerə doğru hərəkət etdiyi açıqlanmışdı.

DOĞRU.AZ

Избранный
44
dogru.az

1Источники