RU

Lukaşenko: Belarusu sıxacaqlar, ta ki, ölkə öz iqtisadiyyatını məhv etməyənə qədər

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkəsini sıxmağa davam edəcəklər, ta ki, Baltikyanı ölkələr kimi öz milli iqtisadiyyatını məhv etməsin.

Bizimyol.info xəbər verir ki, "BelTA" xəbər agentliyinin məlumatına görə, Belarus lideri kənd təsərrüfatı sahəsində qabaqcıl işçilərə dövlət mükafatlarını təqdim edərkən, Polşa fermerlərinin Ukrayna taxılının idxalına necə mane olduqlarını xatırladıb.

“Ukraynalılar keçən il və bu il öz taxıllarını Polşa üzərindən limana aparmağa cəsarət etdilər. Nə baş verdi? Polşalılar sərhəddə mane oldular və Ukrayna taxılını keçirmədilər. Sadəcə olaraq, limana keçməsinə icazə vermədilər, belə ki, həmin taxıl Afrika və ya digər ölkələrə göndərilə bilərdi. Budur, sizə rəqabət, hansı nəticələrə gətirib çıxarır", – deyə Lukaşenko diqqətə çatdırıb.

O, sözlərinə əlavə olaraq: “Ona görə də bizi sıxırlar və sıxacaqlar, ta ki, biz irəli getməyək, Baltikyanı qonşularımız kimi hərəkətsiz qalıb iqtisadiyyatımızı məhv etməyək. O zaman biz onlara dost olacağıq, çünki biz sadə bir bazar olacağıq ki, həm özümüz istehlak edəcəyik, həm də Rusiyaya və daha uzaqlara tədarük edəcəyik. Onlar bizə hər şeyi gətirəcəklər: bu gün istehsal etdiyimiz kombaynları və traktorları. Onların hamısı var. Onlar bazar axtarırlar", - deyib.

Lukaşenko, rəqabətin artıq silah gücünə çevrildiyini də qeyd edib. O, belə şəraitdə belarusların daha çox çalışmalı, yeni növlər və məhsul yetişdirməli, texnologiyaları inkişaf etdirməli, imkanları axtarıb daha fəal şəkildə bazarları kəşf etməli olduqlarını vurğulayıb. O, həmçinin qeyd edib ki, indi qida məhsulları, geyim və silahların qiyməti yüksəkdir.

Qadur, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
51
icma.az

1Источники