RU

Natiq Şirinov 50 yaşını qeyd etdi — qızından paylaşım

Ajans.az xəbər verir ki, tanınmış nağara ifaçısı, Xalq artisti Natiq Şirinov 50 yaşını qeyd edib. Sənətçinin doğum günü ailəsi ilə birlikdə xüsusi olaraq təşkil olunan mərasimdə keçirilib. Tədbirdə Natiq Şirinovun sənətinə uyğun olaraq xüsusi hazırlanmış nağara formalı tort da diqqət çəkib. Natiq Şirinovun qızı sosial media hesabında atasının fotolarını paylaşaraq onun haqqında duyğulu sözlər yazıb. O, atasına qarşı sevgisindən danışaraq bunları qeyd edib: “Benzemez hiçbir şeye bu sevgi…Ne şiir yeter anlatmaya, ne yürek yeter bunu sığdırmaya. Sınırsız bir sevgi, anlatılmaz bir duyguyla beni seven babam! Sana layık olmak için yaşıyorum!
Ritminin 50. vuruşu mübarəkdir əziz atam Natiq müəllim! Xoş gəlib, səfalar gətirmisən. Bugün yanımda, Türkiyədə olmağının sevincini yaşayıram!” Paylaşım sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.

Избранный
55
Ajans.az

1Источники