RU

Pakistanın paytaxtında terror: partlayış 20 nəfərin həyatına son qoyub

BAKI,TurkicWorld

Laçın rayonunun Qorçu qəsəbəsində ilkin olaraq söküntü işlərinə start verilib.

TurkicWorld xəbər verir ki, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Rafiq Salmanov deyib.

O bildirib ki, ümumilikdə 319 yararsız tikilinin söküntüsü həyata keçirilir: "Söküntü işlərinin iki ay ərzində tamamlanması planlaşdırılır. "EL SEYM" şirkəti tərəfindən aparılan söküntünün ərazisi 300 hektardır.

Söküntü prosesi başa çatdıqdan sonra 2026-cı ildə Qorçu qəsəbəsində birinci mərhələyə aid tikinti işlərinin başlanması nəzərdə tutulub. Bu mərhələdə 250 fərdi yaşayış evinin inşası üçün layihə-smeta sənədləri artıq hazırlanıb. Bundan əlavə, Qorçu qəsəbəsində 264 yerlik məktəb, 140 yerlik bağça, tibb məntəqəsi, klub-icma mərkəzi, idman-sağlamlıq mərkəzi və inzibati binanın tikinti işləri başlayacaq, yollar salınacaq.

"Böyük Qayıdış"a dair II Dövlət Proqramı çərçivəsində Qorçu qəsəbəsinin inşasının növbəti mərhələsi üzrə tikinti işlərinin 2027–2030-cu illərdə həyata keçirilməsi planlaşdırılır. Bu mərhələdə isə 250-300 fərdi yaşayış evinin və üç-dörd mərtəbəli çoxmənzilli yaşayış binasının tikintisi planlaşdırılır. Ümumilikdə gələcəkdə Qorçu qəsəbəsində min ailənin daimi məskunlaşdırılması nəzərdə tutulub.

Məlum olduğu kimi, Qorçu qəsəbəsi istifadəyə verilmiş Laçın Beynəlxalq Hava Limanının yaxınlığında yerləşir. Bu da gələcəkdə qəsəbədə məskunlaşan əhalinin iş təminatı üçün mühüm rol oynayacaq".

Избранный
13
turkic.world

1Источники