RU

Hərəkətinə görə üzr istədi

Vinisius Junior son hərəkətinə görə çox peşman olub.

"Football-plus.az" xəbər verir ki, “Real”ın braziliyalı hücumçusu İspaniya çempionatının 10-cu turunun “Barselona” ilə oyunundakı (2:1) qalmaqallı davranışından sonra klubun baş məşqçisi Xabi Alonso ilə görüşüb.

Yerli mənbələrə görə, Vinisius əvəzlənməsinə verdiyi əsəbi reaksiyaya görə əvvəlcə komanda yoldaşlarından üzr istəyib. Bu addamı yalnız futbolçuların olduğu məkanda atıb. Xabi Alonso ilə görüş isə komanda daxilindəki söhbətdən sonra baş tutub. Məlumata görə, həm futbolçular, həm klub, həm də baş məşqçi onun üzrxahlığını qəbul ediblər.

Xatırladaq ki, Vinisius “Barselona” ilə oyunun 72-ci dəqiqəsində əvəzlənəndən sonra Alonsoya narazılığını bildirib və meydanı tərk edərək tunelə yollanıb. Son günlər onunla baş məşqçi arasındakı münasibətlərin pisləşdiyi, futbolçunun klubdan ayrılmaq imkanını nəzərdən keçirdiyi haqda iddialar yayılmışdı.

Избранный
16
1
football-plus.az

2Источники