RU

Bakıda uşaq inkişaf mərkəzində yanğın oldu

Ajans.az xəbər verir ki, bununla bağlı FHN-nin mətbuat xidmətindən məlumat verilib. Ümumi sahəsi 330 m² (hər mərtəbəsi 110 m²) olan üçmərtəbəli uşaq inkişaf mərkəzinin 1-ci mərtəbəsində sahəsi 35 m² olan mətbəxin içərisində 3 ədəd məişət avadanlığı yanıb. Yüksək temperaturdan 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Binanın qalan hissəsi yağından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Избранный
27
15
Ajans.az

10Источники