RU

Bakıda uşaq inkişaf mərkəzində yanğın olub

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

FHN-dən verilən məlumata görə, ümumi sahəsi 330 m² (hər mərtəbəsi 110 m²) olan üçmərtəbəli uşaq inkişaf mərkəzinin 1-ci mərtəbəsində sahəsi 35 m² olan mətbəxin içərisində 3 ədəd məişət avadanlığı yanıb.

Yüksək temperaturdan 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Binanın qalan hissəsi yağından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Избранный
21
15
anews.az

10Источники