RU

Sakinləri bezdirən gecə klubu və hamamda nə baş verir?

Nərimanov rayonu, Ələşrəf Əlizadə, 45 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinləri birinci və ikinci mərtəbələrdə fəaliyyət göstərən obyektlərdən narazıdırlar.

 

Belə ki, binanın birinci mərtəbəsində iki hamam, ikinci mərtəbəsində isə gecə klubu fəaliyyət göstərir.

 

Sakinlərin sözlərinə görə, bu obyektlərin fəaliyyəti onların rahatlıqlarını pozur.

 

"Axşam saat 10-dan səhərə qədər musiqi qoşub mahnılar oxuyurlar. Səs o qədər güclü olur ki, evin döşəməsi titrəyir. Binada fəaliyyət göstərən hamamların isə adı hamam, özü pozğunxanadır", - deyə sakinlərdən biri bildirib.

 

Daha ətraflı Baku TV-nin süjetində:

 

Tarix: 11 Noyabr 2025, 15:40   
Избранный
22
7
pravda.az

8Источники