RU

Ölkəyə şirniyyatın içində qutu-qutu dərman keçirmək istədilər

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Far.Az-ə DGK-dan məlumat verilib.

Bildirilib ki, İstanbul-Gəncə aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus əşyalar Gəncə Beynəlxalq Aeroportunun gəliş zalında rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri müşahidə olunub.

Yoxlama zamanı vətəndaşa məxsus çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, eləcə də şifahi, elektron və ya yazılı formada bəyan olunmayan, üstü şirniyyat ilə örtülmüş qutularda xüsusi üsulla gizlədilən, hər biri 10 həb olmaqla, ümumilikdə 645 konvolyut "Lioresal" markalı dərman preparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
27
3
far.az

10Источники