RU

Əkrəm İmamoğluna cəza istənilib

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri, hazırda həbsdə olan Əkrəm İmamoğlunun cinayət işi üzrə ittihamnamə tamamlanıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, İstanbul Baş Prokurorluğu İmamoğlunun rəhbərlik etdiyi bir cinayət təşkilatının mövcud olduğu qənaətinə gəlib.

    İttihamnamədə İmamoğlunun 142 müxtəlif əmələ görə məsuliyyətə cəlb olunması və ümumilikdə 2 min 352 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunur.

    3900 səhifəlik sənəddə bir sıra tanınmış şəxslərin də adları keçir. Bildirilir ki, iş üzrə ümumilikdə 402 nəfərdən şübhəli şəxs qismində izahat alınıb.

    İttiham tərəfi iddia edir ki, İmamoğlunun rəhbərlik etdiyi dövrdə dövlətə 10 il ərzində təxminən 160 milyard lira həcmində maddi zərər vurulub.

    Избранный
    17
    7
    bakivaxti.az

    8Источники