Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Fuad Qubadlının adı verilən bulağın açılışı olub.
Bakıvaxtı.az xəbər verir ki, bulaq rayonun Komanlı kəndində inşa edilib.
Açılış mərasimində rayon rəsmiləri, şəhidin doğmaları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edənlər şəhidin keçdiyi qəhrəmanlıq yolundan geniş söhbət açıblar.
Qeyd edək ki, şəhid Fuad Cahangir oğlu Qubadlı 16 yanvar 1993-cü ildə Cəlilabad rayonunun Komanlı kəndində dünyaya gəlib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb və Xocavənd istiqamətində gedən döyüşdə şəhid olub.
Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, "Döyüşdə fərqlənməyə görə" medalı, "Cəsur döyüşçü" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə tətif edilib.