RU

Ermənistan bu əraziləri Azərbaycana qaytarır RƏSMİ AÇIQLAMA

ain.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan və Azərbaycan arasında mümkün “ərazi mübadiləsi” yalnız referendumdan sonra həyata keçirilə bilər.

Bu barədə Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Sarkis Xandanyan jurnalistlərə açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, hazırda “anklavlar məsələsi” gündəmdədir, lakin bu məsələ sərhədlərin müəyyənləşdirilməsi (delimitasiya) çərçivəsində həll olunmalıdır.

“Delimitasiya və demarkasiya işləri başa çatdıqdan sonra, Ermənistan və Azərbaycan anklavlar mövzusunda hansı qərarı qəbul edəcəklərinə baxacaqlar”, – deyə Xandanian qeyd edib.

O, həmçinin bildirib ki, delimitasiya prosesi çoxmərhələlidir və bir neçə mərhələdən ibarətdir. Bura sərhədin müəyyənləşdirilməsi, müvafiq protokolların təsdiqlənməsi, dövlət sərhədi haqqında müqavilənin imzalanması və ratifikasiyası, həmçinin sərhəd xətti boyunca texniki işlərin aparılması daxildir.

Xandanyan vurğulayıb ki, bütün proseslər 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanır. / Modern.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
36
5
yenisabah.az

6Источники