"Barselona" klubunun əfsanəsi Andres İnyesta barədə cinayət işi açılıb.
Offsideplus.az xəbər verir ki, onun sahibi olduğu "Never Say Never" və onun Perudakı törəməsi "NSN Sudamerica" futbol və musiqi tədbirləri üçün pul toplayıb. Lakin bu tədbirlərin heç biri baş tutmayıb.
İnyestanın təşkil etdiyi yeganə tədbir isə maddi itkilərlə başa çatıb.
Bu məsələlər barədə istintaq davam edir. Şübhələr təsdiqlənərsə, sabiq "Barselona"lı həm hüquqi, həm də ciddi reputasiya itkisi ilə üzləşə bilər.
Qeyd edək ki, İnyesta ötən il karyerasını başa vurub.