Azərbaycan II Liqasında VIII tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə daha 3 görüş baş tutub.
"Şəmkir" "Araz Saatlı" ilə səfər qarşılaşmasında darmadağınla qələbə qazanıb. "Qaradağ Lökbatan" da "Göygöl"ü rəqib meydanında böyük hesabla yenərək yenidən şərikli liderliyə yiyələnib. İddialılardan olan "Şirvan" isə evdə "Ağstafa Gəncləri" ilə matçda xal itirib.
Qeyd edək ki, turun dünənki oyunlarında "Xankəndi" səfərdə "Ağdaş"ı 4:0, "Şəki Siti" "Kür-Araz"ı 4:1, "Quba" isə "Dinamo"nu 3:0 hesabı ilə məğlub edib.
Azərbaycan 2-ci Liqası
8-ci tur
11 noyabr
“Araz Saatlı” – “Şəmkir” 0:4
Qollar: T.Məmmədzadə, 17. T.Fərmanov, 26-pen; 66. İ.Əliyev, 60.
“Göygöl” – “Qaradağ Lökbatan” 2:7
Qollar: Z.Məmmədov, 68. S.Kərimov, 83 - T.Nəsibov, 6-pen. S.Allahquliyev, 30. E.Əskərli, 34. R.Şahmuradov, 60; 77. İ.Hüseynov, 76; 90+2.
“Şirvan” – “Ağstafa Gəncləri” 1:2
Qollar: E.Məlikov, 90+3 - E.Namazov, 59. E.Hüseynov, 89.