ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya dövlət səfərinə yola düşüb.
Bizimyol.info xəbər verir ki, onun təyyarəsi dövlət sərhədini keçdiyi andan sonra Rusiya qırıcı təyyarələri tərəfindən müşayiət olunub.
Qazaxıstan liderinin mətbuat xidməti bildirib ki, təyyarə ölkənin "dövlət sərhədini keçdiyi andan" Rusiya hava limanında Moskvaya eniş edənə qədər Tokayevin təyyarəsi Rusiya Müdafiə Nazirliyinin "Su-35" qırıcı təyyarələri tərəfindən müşayiət olunub.
Qazaxıstan Prezidentinin Rusiyaya dövlət səfəri 11-12 noyabr tarixlərinə planlaşdırılıb.
Danışıqlar zamanı Putin və Tokayev Rusiya-Qazaxıstan müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin ticarət, iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə daha da inkişaf etdirilməsini, eləcə də regional və qlobal gündəmdəki əsas mövzuları müzakirə edəcəklər.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.