İranın Əlborz əyalətindəki Kərəc su anbarı quruduqdan sonra bəndin yatağında 74 cəsəd tapılıb.
NOCOMMENT.az “Azad İran”a istinadən xəbər verir ki, meyitlərin bir qismi əlləri-ayaqları bağlı, bəziləri isə sellofan və xalçaya bükülmüş vəziyyətdə olub.
Hakimiyyət orqanları hələlik cəsədlərin kimliyi və ölüm səbəbləri barədə açıqlama verməyib.
Xəbər yayıldıqdan bir neçə saat sonra İran mediasından silinib.