RU

Gənc qadın ərinin ölümündən sonra intihar etdi

Rusiyanın paytaxtı Moskvada faciə baş verib – 32 yaşlı qadın ərinin ölümündən bir ay sonra intihar edib. AzPost xəbər verir ki, hadisə şəhərin cənub hissəsində, Mixnevskaya küçəsində yerləşən mənzildə qeydə alınıb.

Məlumata görə, qadın informasiya texnologiyaları sahəsində çalışırmış və nənəsi ilə birgə yaşayırmış. Onun 40 yaşlı həyat yoldaşı ötən ay Gürcüstanda yol-nəqliyyat hadisəsində həlak olub. Qəza zamanı kişi avtomobil tərəfindən vurulmuş və aldığı xəsarətlərdən hadisə yerində ölmüşdü.

Qadın bu itkini çox ağır qarşılayıb. Yaxınlarının sözlərinə görə, o, ərinin ölümündən sonra dərin depressiyaya düşüb, hər həftə psixoterapevtlərlə əlaqə saxlayaraq yardım almağa çalışıb. Lakin bütün səylərə baxmayaraq, itkinin ağrısını unuda bilməyib.

Nənəsi evdə olmadığı vaxt qadın özünə qəsd edib. Hadisə yerinə gələn polis əməkdaşları onun yanında vida məktubu tapıblar. Məktubda “onsuz yaşaya bilmirəm” sözləri yazılıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Hüquq-mühafizə orqanları qadının psixoloji vəziyyəti, eləcə də son zamanlar aldığı tibbi yardımlar barədə məlumat toplayır.

AzPost.az

Избранный
35
azpost.info

1Источники