RU

Proteinlə zəngin 4 qida -Səhərlər yeyin


Səhər yeməyində protein yemək günə enerjili və balanslı başlamağın ən təsirli yollarından biridir.

Medicina.az xəbər verir ki, diyetoloq Kaytee Hadley, proteinlə zəngin səhər yeməyinin qan şəkərini balanslaşdırmağa kömək etdiyini, aclığın qarşısını aldığını və daha uzun müddət tox qalmağınızı təmin etdiyini söyləyir.

Hadley həmçinin qeyd edir ki, səhər yeməyində 20-30 qram protein həm əzələlərin bərpasını, həm də saxlanmasını dəstəkləyir.

Yumurta ənənəvi olaraq səhər yeməyi üçün əsas protein mənbəyi olub. Bununla belə, 100 qramlıq porsiyada yalnız 10,7 qram protein var.

Fərqli seçimlər axtarırsınızsa, yumurtadan daha çox protein təmin edən bəzi səhər yeməyi qidaları:



Badam əzməsi – 20,8 qram protein

Badam əzməsi lif, sağlam yağlar, E vitamini və minerallarla zəngindir. Onu çörəyə yaymaqla və ya gecə yulafınıza əlavə etməklə asanlıqla dada bilərsiniz.

Hissə verilmiş qızılbalıq – 18,3 qram protein

Omeqa-3 ilə zəngin olan qızılbalıq ürək sağlamlığı üçün faydalıdır. Soyuq hisə verilmiş variantları seçməklə onun qida dəyərini qoruya bilərsiniz.

Teff yulafı – 13,3 qram protein

Qlütensiz və proteinlə zəngin olan teff həmçinin dəmir, kalsium və maqnezium ehtiva edir. Yeni səhər yeməyi şirniyyatı sınamaq istəyənlər üçün idealdır.

Süzmə pendir – 11,6 qram protein

Zülal və kalsiumla zəngin olan süzmə pendiri hər porsiyada yumurtadan daha çox protein ehtiva edir.

Aygün
Medicina.az


Избранный
34
1
medicina.az

2Источники