RU

Administrasiya: Türkiyə təyyarəsi Gürcüstan ərazisinə daxil olandan bir neçə dəqiqə sonra radarlardan itib

Türkiyəyə məxsus C-130 təyyarəsi Gürcüstan ərazisinə daxil olandan bir neçə dəqiqə sonra radarlardan itib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Hava Naviqasiyası Administrasiyasından bildirilib.

Məlumata əsasən, təyyarə həyəcan siqnalı verməyib.

Administrasiya beynəlxalq protokola tam uyğun olaraq, hadisə yerinə axtarış-xilasetmə qrupu göndərib. Hazırda Gürcüstanın müvafiq qurumları ilə birgə axtarış-xilasetmə işləri aparılır.

Избранный
38
33
apa.az

10Источники