Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gəncədən qalxan, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan ərazisində qəzaya uğraması ilə bağlı açıqlama verib.
Paralel.az xəbər verir ki nazir “X” sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.
O, Gürcüstan Daxili İşlər nazirinin əraziyə getdiyini qeyd edib:
“Azərbaycandan ölkəmizə gələn və Milli Müdafiə Nazirliyinə məxsus olan C130 hərbi yük təyyarəmizin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğradığını dərin üzüntü ilə öyrəndim. Axtarış-xilasetmə işləri davam edir. Gürcüstanın Daxili İşlər naziri Gela Geladze ilə telefonla danışdım. Hörmətli nazir də hadisə yerinə gəlir. Əziz millətim, keçmiş olsun”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта