RU

Türkiyə və Gürcüstan nazirləri təyyarə qəzası ilə bağlı telefon danışığı aparıb

ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya gürcü həmkarı Gela Geladze ilə təyyarə qəzası ilə bağlı telefon danışığı aparıb.

Moderator.az xəbər verir ki, bu barədə Ali Yerlikaya “X” hesabında yazıb.

O, Azərbaycandan Türkiyəyə uçan C130 yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbərini dərin hüznlə qarşıladığını bildirib.

Nazir axtarış-xilasetmə işlərinin davam etdiyini, Geladzenin də hadisə yerinə getdiyini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
8
moderator.az

10Источники