RU

Azərbaycanda bu şəxslərə sosial mediadan istifadə qadağan edilə bilər…

Danimarka hökumətinin 15 yaşdan aşağı uşaqların sosial media platformalarından istifadəsini qadağan etməsi dünyada geniş müzakirələrə səbəb olub. Uşaqların psixoloji inkişafı, təhlükəsizliyi və sosial mediada qarşılaşa biləcəkləri risklər nəzərə alınaraq atılan bu addım, digər ölkələrdə, o cümlədən Azərbaycanda da oxşar məhdudiyyətlərin tətbiqi məsələsini gündəmə gətirib. Bəs, ölkəmizdə 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağası tətbiq edilməlidirmi?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən sosioloq Nailə İsmayılova bildirib ki, sosial şəbəkələrdə müxtəlif xarakterə, dünya görüşünə və yaşa malik insanlar bir araya gəlirlər və bu, yeniyetmələr üçün müəyyən risklər yaradır:

Biz

“Sosial şəbəkələr elə bir məkandır ki, burada dünyanın hər yerindən insanlarla ünsiyyət qurmaq mümkündür. Azərbaycanda 15-16 yaşlı yeniyetmələr də müxtəlif ölkələrdən olan şəxslərlə əlaqə saxlayırlar. Bu söhbətlərin hansı istiqamətdə baş verdiyini və ya hansı mövzuda olduğunu bilmək üçün həmin gəncin şəxsi profilinə baxmaq lazımdır. Buna görə də burada valideynlərin üzərinə böyük məsuliyyət düşür”.

Sosioloq hesab edir ki, 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması daha məqsədəuyğun olardı:

“Yeniyetmələr daha tez aldanmağa meyillidirlər. Onların maraq dairəsi dar çərçivədə olur və çox zaman yaşlarına uyğun olmayan mövzulara maraq göstərirlər. Ona görə düşünürəm ki, bu yaş qrupunun sosial şəbəkələrdən istifadəsində ya ciddi limitlər, ya da qadağalar olmalıdır”.

Nailə İsmayılova əlavə edib ki, sosial şəbəkələrin müsbət tərəfləri olsa da, insanlar çox vaxt neqativ məzmunlara üstünlük verirlər:

“Əgər övladlarımızı təhlükədən qorumaq istəyiriksə, onları sosial şəbəkələrdən uzaq tutmaq lazımdır. Sosial şəbəkələrin pozitiv məqamları olsa da, insanların marağı daha çox neqativə yönəlir”.

Sosioloqun fikrincə, uşaqların sosial mediada təhlükəsizliyinin təmin olunması üçün valideyn nəzarəti gücləndirilməli və yaş məhdudiyyətləri qanunvericilikdə aydın şəkildə tənzimlənməlidir.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
31
2
konkret.az

3Источники